...

Kəmaləddin Heydərov Qətərdə rəsmi səfərdədir

Siyasət Materials 29 May 2012 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə rəsmi səfərdədir.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Qətərin Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir.

Səfər çərçivəsində Qətərin vəliəhdi Təmim bin Həməd Al Tani və daxili işlər üzrə dövlət naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani ilə görüş keçirilib.

Görüşlərdə təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Qətərin Mülki Müdafiə və digər aidiyyəti qurumlarının fəaliyyəti ilə yaxından tanışlıq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti