...

Azərbaycan məsləhətləşmələr üçün İrandakı səfirini geri çağırıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 May 2012 14:36 (UTC +04:00)

XİN-in rəsmi nümayəndəsinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir T. Cəfərov/

Azərbaycan İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Səfir Cavanşir Axundov çərşənbə günü Bakıya yollanıb. Bunu Trend-ə çərşənbə günü səfirlikdən bildiriblər.

Bir müddət əvvəl İran Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhramini məsləhətləşmələr üçün Tehrana geri çağırmışdı.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev səfirin şəxsi məsələ ilə bağlı Bakıya gəldiyinin mümkünlüyünü istisna etməyib.

Xəbər lenti

Xəbər lenti