...

Əli Hüseynli: İnformasiya əldə edilməsinin məhdudlaşdırılmasınınn çərçivəsi göstərilməyəndə, bundan sui-istifadə olunur

Siyasət Materials 1 İyun 2012 11:07 (UTC +04:00)
Qanunvericilikdə informasiyanın əldə edilməsinin məhdudlaşdırılmasının çərçivəsi göstərilməyəndə, bundan sui-istifadə olunur.
Əli Hüseynli: İnformasiya əldə edilməsinin məhdudlaşdırılmasınınn çərçivəsi göstərilməyəndə, bundan sui-istifadə olunur

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Qanunvericilikdə informasiyanın əldə edilməsinin məhdudlaşdırılmasının çərçivəsi göstərilməyəndə, bundan sui-istifadə olunur. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında komitənin sədri Əli Hüseynli bildirib.

"Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə edilməsinə məhdudiyyətlər qoyulur. Qanuna əlavələr edilməsi informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək", - Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycan bu istiqamətdə Avropa İttifaqının sənədlərini və digər beynəlxalq konvensiyaları ratifikasiya edib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova iclasda qeyd edib ki, əlavədə qeyd olunan siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlar barədə informasiyanın konfidensiallığının qorunması indiki zamanda olduqca vacibdir. Onun sözlərinə görə, hazırkı təlatümlü vəziyyətdə bu dövlətin təhlükəsizliyinin qorunmasının xüsusi əhəmiyyəti var.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin çərşənbə günü keçirilən iclasında "İnformasiya əldə etmək haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb.

Qanuna təklif olunan əlavədə qeyd olunur ki, informasiyanın əldə olunması o şərtlə icazə verilir ki, bu Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəıviyyətin qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti