...

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Siyasət Materials 1 İyun 2012 18:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya təbrik məktubu ünvanlayıb.

"İtaliya Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İtaliya münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli qaydada əməkdaşlığımız Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində öz formatını daha da genişləndirir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Ciorcio Napolitanoya ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost İtaliya xalqına əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti