...

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Siyasət Materials 4 İyun 2012 14:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.

Baş katib Ekmələddin İhsanoğlu ölkəmizdə "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyini vurğulayan Ekmələddin İhsanoğlu bu dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti