...

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanın kralına başsağlığı verib

Siyasət Materials 17 İyun 2012 21:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda başsağlıq məktubu göndərib.
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanın kralına başsağlığı verib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda qardaşı Vəliəhd Nayif bin Əbdüləziz Al Səudun vəfatı ilə bağlı başsağlığı məktubu göndərmişdir.

"Əlahəzrət, əziz qardaşım, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini və daxili işlər naziri, görkəmli dövlət xadimi, qardaşınız Nayif bin Əbdüləziz Al Səudun vəfatı xəbəri məni olduqca kədərləndirdi.Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, bütün ailənizə, qardaş Səudiyyə Ərəbistanı xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - məktubda deyilir.

Prezident İlham Əliyev məktubunda mərhuma Allahdan rəhmət diləmişdir.

Xəbər lenti

Xəbər lenti