Fransa, Strasburq, 25 iyun /Trend, müxbir A.Məhərrəmli/
Bu gün Ermənistandakı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın yaz sessiyasının birinci iş günündə Ermənistandakı vəziyyətə dair suala cavabında qurumun sədri Jan-Klod Minyon (Jean-Claude Mignnon) deyib.
"Əlbəttə ki, Ermənistandakı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Bu, bizi narahat edir, Azərbaycanla bağlı, eləcə də Dağlıq Qarabağ üzrə Alt Komitənin gələcək fəaliyyətinə dair verilən suallarla bağlı düşünürəm ki, hər iki ölkənin rəsmiləri ilə ölkə daxilindəki problemlərin həll edilməsinə dair müzakirələrin aparılmasına cəhd edilməsi lazım olacaq. Ermənistanda bu yaxınlarda keçirilən parlament seçkilərinə dair məruzə artıq qəbul edilb", - Minyon bildirib.