...

Türkiyə Fransada qondarma "erməni soyqırımı" haqqında qanunla bağlı vəziyyəti diqqətdə saxlayır

Siyasət Materials 9 İyul 2012 16:21 (UTC +04:00)
Türkiyə Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə təkrar baxılması ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Türkiyə Fransada qondarma "erməni soyqırımı" haqqında qanunla bağlı vəziyyəti diqqətdə saxlayır

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə təkrar baxılması ilə bağlı vəziyyəti diqqətlə izləyir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyə Prezidenti Abdullah Gül bildirib.

"Türkiyə bu məsələ ilə bağlı şayiələrə əsaslanaraq hərəkət etməyəcək. Fransa Prezidenti ilə son görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini qeyd etdik", - Gül deyib.

Qeyd edək ki, bazar günü Fransanın bəzi mətbuat orqanları məlumat vermişdi ki, Fransa-Türkiyə münasibətlərinin pisləşməsinə səbəb olan qondarma "erməni soyqırımı"nıın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun yenidən gündəliyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti