...

Azərbaycanın bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Siyasət Materials 9 İyul 2012 16:41 (UTC +04:00)
Trend-in məlumatına görə, gündəlikdə duran məsələlər MSK-nın 30 may 2012-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, MSK tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydalarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsindən ibarət olub.
Azərbaycanın bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, gündəlikdə duran məsələlər MSK-nın 30 may 2012-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, MSK tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydalarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsindən ibarət olub.

MSK sədri Məzahir Pənahov birinci məsələ ilə bağlı məlmat verib və səsvermə nəticəsində protokol yekdilliklə təsdiq edilib.

Daha sonra MSK-nın katibi Arifə Muxtarova çıxış edərək qaydalara bəzi dəyişikliklər barədə məlumat verib və bununla bağlı müvafiq dövlət qrumlarına müaciət edilməsini təklif edib. Təklif səsə qoyulub və qəbul edilib.

Daha sonra bir sıra dairə seçki komissiyalarının, o cümlədən 9 saylı Binəqədi dairə seçki komissiyasının, 82 saylı Ağcabədi dairə seçki komissiyasının və 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyasının tərkibinə dəyişiklik edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti