...

Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycana səfərə gəlir

Siyasət Materials 11 İyul 2012 15:59 (UTC +04:00)
Bu gün Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycana səfərə gəlir

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Bu gün Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Səfər çərçivəsində iyulun 12-də Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Faruk Çelik arasında görüş keçiriləcək.

Daha sonra iki ölkənin nazirlikləri arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçiriləcək. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə ediləcək.

Tərəflər əmək, sosial müdafiə, məşğullluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparacaq.

Sonda iclasın nəticələrinə dair hər iki dövlətin müvafiq qurumları arasında Protokol imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti