...

Əli Laricani: İran-Səudiyyə Ərəbistanı münasibətlərini heç nə korlaya bilməz

Siyasət Materials 12 İyul 2012 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

İran və Səudiyyə Ərəbistanı arasındakı yaxşı münasibətləri heç nə korlaya bilməz. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı İran parlamentinin spikeri Əli Laricani bildirib.

"Tehran və ər-Riyadın yaxşı münasibətləri pisləşməyəcək. Əgər hər hansı fikir ayrılıqları varsa, tərəflər müzakirə yolu ilə bütün problemləri həll edəcəklər", - Laricani deyib.

Onun sözlərinə görə, İran-Səudiyyə Ərəbistanı münasibətləri diplomatik statusdan da böyük məna daşıyır və ölkələr islam aləminə xidmət etmək məqsədilə səylərini birləşdirməlidirlər.

Qeyd edəki ki, İran-Səudiyyə Ərəbistanı münasibətlərindəki gərginlik 2011-ci ildə Bəhreyndə baş vermiş nümayişlərdən sonra güclənib. Belə ki, Səudiyyə Ərəbistanı BƏƏ ilə birlikdə sabitlik yaratmaq üçün Bəhreynə qoşun yeridib. İran isə ər-Riyadı Bəhreyni işğal etməkdə günahlandırıb.

Xəbər lenti

Xəbər lenti