...

Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır

Siyasət Materials 17 İyul 2012 14:29 (UTC +04:00)
Milli Məclisdə Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır.
Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir M.Əliyev/

Milli Məclisdə Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

O qeyd edib ki, qanunda tikililərə ayrıca yanaşmalar olacaq.

"Ümumi fikir ondan ibarətdir ki, insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir", - Mirzəyev deyib.

Xatırladaq ki, Milli Məclis yaz sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edib.

Məcəllədə tikintiyə icazə ilə bağlı müddət məsələsi kifayət qədər qısadır. Ümumi və baş planlar ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də müvafiq dövlət orqanları və digər aidiyyəti qurumlarla razılaşdırılmaqla hazırlanmalıdır.

Müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsinin onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidirlər. Bu müddət ərzində onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edə bilər. Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Xəbər lenti

Xəbər lenti