...

Radoslav Sikorski: Polşa “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycana kömək etməyə hazırdır

Siyasət Materials 18 İyul 2012 14:22 (UTC +04:00)
Polşa “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycana kömək etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Radoslav Sikorski: Polşa “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycana kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Polşa "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycana kömək etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Polşa həmin proqram çərçivəsində dövlət sərhədlərinin möhkəmləndirilməsi, konsul məsələləri, Şengen vizalarının verilməsi üçün məlumat bazalarının hazırlanması məsələlərində Azərbaycana kömək etməyə hazırdır", - o deyib.

Polşanın XİN rəhbəri yaxın illərdə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi münasibətlər səviyyəsinə çatacağına ümidvar olduğunu bildirib.

"Bizim Bakıdakı görüşlərimizin əsas mövzularından biri eneji mövzusu oldu. Polşa Avropaya qaz ixracı marşrutlarının diversifikasiyasına tərəfdardır", -Sikorski qeyd edib.

Onun sözlərinə görə, Polşa bu il "Vışeqrad qrupu"na sədrlik edir, Azərbaycana isə öz qazını Bolqarıstan və Rumıniyaya tədarük etmək maraqlı olardı. Varşava bu məsələdə ona kömək etməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan Polşanın XİN rəhbəri qeyd edib ki, bu məsələdə Varşavanın mövqeyi dəyişməzdir.

"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", -Sikorski bildirib.

Onun sözlərinəö görə, Polşa separatçı Dağlıq Qarabağ rejimi ilə hər hansı siyasi əlaqələri dəstəkləmir.

Xəbər lenti

Xəbər lenti