...

Bakıda siyasi münaqişələrə sistemli və elmi yanaşmalar müzakirə olunub

Siyasət Materials 18 İyul 2012 16:09 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çərşənbə günü "Siyasi münaqişə, münaqişələrin həlli yolları: münaqişəyə sistemli və elmi yanaşmalar" mövzusunda elmi-praktiki seminar keçirilib.
Bakıda siyasi münaqişələrə sistemli və elmi yanaşmalar müzakirə olunub

Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çərşənbə günü "Siyasi münaqişə, münaqişələrin həlli yolları: münaqişəyə sistemli və elmi yanaşmalar" mövzusunda elmi-praktiki seminar keçirilib. Trend-in məlumatına görə, bu barədə SAM-dan bildirilib.

"Siyasi elmi mühazirələr" layihəsi çərçivəsində keçirilən seminarı SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov aparıb. Şöbə müdiri həmçinin iştirakçılar tərəfindən verilən sualları həm nəzəri, həm də praktiki yöndən izah edib, onların bu sahədə məlumatlandırılmasına çalışıb.

40-a yaxın gəncin iştirak etdiyi seminardan sonra mühazirə ətrafında diskussiya aparılıb, gənclər tərəfindən siyasi münaqişələrin həlli yolları ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Layihə çərçivəsində bir neçə belə elmi seminarın keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti