...

Kolumbiya energetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 26 İyul 2012 11:41 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına səfəri çərçivəsində bu ölkənin mədən və enerji naziri Maurisio Kardenas Santamariya ilə görüşüb.
Kolumbiya energetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına səfəri çərçivəsində bu ölkənin mədən və enerji naziri Maurisio Kardenas Santamariya ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəsinin enerji imkanları barədə geniş məlumat verən kolumbiyalı nazir zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanla bu sahədə əməkdaşlığın yaradılması üçün səy göstərəcəklərini bəyan edib.

Öz növbəsində, nazir Elmar Məmmədyarov Azərbaycanın zəngin neft tarixinə və təcrübəsinə malik olduğunu qeyd edib və bu sahədə güclü və ixtisaslı mütəxəssislər yetişdirən Azərbaycan Dövlət Neft Akademiyası haqqında məlumat verib. Bu sahədə mütəxəssislərin hazırlanması üçün kolumbiyalı tələbələrin akademiyada təhsil alması təklifini irəli sürən Elmar Məmmədyarov Azərbaycanın bir sıra Latın Amerikası ölkələri ilə əməkdaşlıq etdiyini və Kolumbiya ilə də bu imkanların nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Təklifə görə Elmar Məmmədyarova təşəkkür edən Maurisio Santamariya tezliklə Azərbaycana səfər edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti