...

Aİ və Azərbaycan arasında danışıqların növbəti raundu payızda keçiriləcək

Siyasət Materials 31 İyul 2012 11:48 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqların növbəti raundu payızda keçiriləcək.
Aİ və Azərbaycan arasında danışıqların növbəti raundu payızda keçiriləcək

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir S.Ağayeva/

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqların növbəti raundu payızda keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Biz sentyabrda Aİ-nin rəsmi şəxsləri ilə videokonfransı davam etdirəcəyik, sonra isə ehtiyac olarsa, plenar iclas keçirəcəyik", - nazir müavini deyib. Danışıqların konkret vaxtı sonradan dəqiqləşdiriləcək.

İndiyədək danışıqların iki raundu keçirilib.

Onun sözlərinə görə, danışıqların məqsədi Azərbaycan və Aİ ölkələri vətəndaşlarının qarşılıqlı səfərlərinin şəraitinin sadələşdirilməisi, qeyri-leqal miqrasiya, leqal miqrasiyanın təşviqi məqsədilə səylərin birləşdirilməsidir.

Xəbər lenti

Xəbər lenti