...

Suriyanın parçalanmasına imkan verməyəcəyik - müxalifət

Siyasət Materials 3 Avqust 2012 14:35 (UTC +04:00)
Nizami Suriya ordusundan ayrılaraq Azad Suriya Ordusuna qatılan polkovnik Abdurrazzaq əl-Laz müxalifətin Suriyanın etnik qruplar arasında bölünməsinə izin verməyəcəyini bildirib.
Suriyanın parçalanmasına imkan verməyəcəyik - müxalifət

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir A.Tağıyeva/

Nizami Suriya ordusundan ayrılaraq Azad Suriya Ordusuna qatılan polkovnik Abdurrazzaq əl-Laz müxalifətin Suriyanın etnik qruplar arasında bölünməsinə izin verməyəcəyini bildirib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

"Suriya müxalifəti ölkənin şimalında kürd dövlətinin qurulmasına əsla imkan verməyəcək", - əl-Laz deyib.

İyulun 27-də PKK üzvlərinin Suriyanın şimal ərazilərinə nəzarət etməsi barədə məlumatın yayılmasından sonra Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, sərhəddə hərbi qulluqçuların sayı artırılıb və əlavə hərbi texnika yerləşdirilib.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti