...

Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri ölkəni tərk edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Avqust 2012 11:47 (UTC +04:00)
Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri Suriyanı tərk edib.
Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri ölkəni tərk edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri bu ölkədə yaranan təhlükə ilə bağlı Suriyanı tərk ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaradıb.

"Hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur. Bakı ümid edir ki, Suriyada vəziyyət tezliklə normallaşacaq və Azərbaycanın diplomatik missiyası öz fəaliyyətini bərpa edəcək", - XİN-in məlumatında deyilir.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti