...

Türkiyənin yeni pilotsuz təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib

Siyasət Materials 8 Avqust 2012 17:36 (UTC +04:00)
Türkiyə istehsallı "Şimşək" pilotsuz kəşfiyyat aparatı ilk uğurlu uçuşunu həyata keçirib.
Türkiyənin yeni pilotsuz təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə istehsallı "Şimşək" pilotsuz kəşfiyyat aparatı ilk uğurlu uçuşunu həyata keçirib. Bu barədə Trend çərşənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Bu, Türkiyə aviakosmik şirkətinin mütəxəssislərinin hazırladığı ikinci pilotsuz uçuş aparatıdır.

"Şimşək"in uzunluğu 2,3 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə isə 1,5 metrdir.

Aparatın maksimum uçuş çəkisi 75 kiloqram, sürəti isə saatda 740 kilometrdir.

Xəbər lenti

Xəbər lenti