...

Tacikistanın Azərbaycandakı səfiri vəfat edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Sentyabr 2012 11:07 (UTC +04:00)
Səfirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfir Bakı klinikalarından birində ürək çatışmazlığından vəfat edib.
Tacikistanın Azərbaycandakı səfiri vəfat edib (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (İlk xəbər saat 10:47-də yayılıb)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir S.Ağayeva/

Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov 64 yaşında vəfat edib.

Səfirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfir Bakı klinikalarından birində ürək çatışmazlığından vəfat edib.

Zokir Vazirovun dəfni Tacikistanda baş tutacaq.

Vazirov 1948-ci il mayın 5-də Tacikistan Respublikasının Tavildar rayonunda anadan olub. O, Düşənbə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini qırmızı diplomla bitirib. Fəlsəfə elmləri doktoru, professor idi. İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis idi. 200-dən artıq elmi əsərləri var.

Tacikistan Respublikası Baş nazirinin birinci müavini, habelə respublikanın əmək və sosial müdafiə naziri vəzifələrində çalışıb.

Xəbər lenti

Xəbər lenti