...

Əli Həsənov Macarıstanın nüfuzlu Origo News portalına geniş müsahibə verib

Siyasət Materials 4 Sentyabr 2012 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Macarıstanın nüfuzlu Origo News portalına geniş müsahibə verib.
Əli Həsənov Macarıstanın nüfuzlu Origo News portalına geniş müsahibə verib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Macarıstanın nüfuzlu Origo News portalına geniş müsahibə verib.

Trend-in məlumatına görə, müsahibədə Həsənov macar jurnalistin Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı suallarını cavablandırıb.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri qeyd edib ki, Ramil Səfərova Azərbaycan ictimaiyyətinin bugünkü yüksək rəğbətini şərtləndirən amillərdən biri öldürülən hərbiçinin 20 mindən çox azərbaycanlını qətlə yetirən erməni ordusunun zabiti olması idisə, ikinci amil Macarıstan məhkəməsinin Səfərova verdiyi qeyri-adekvat cəza oldu.

Həsənov, həmçinin Ramil Səfərovun ekstradisiya və ardınca əfv olunmasının beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyini və Macarıstan hakimiyyətinin Azərbaycanda amnistiya, əfv aktının mövcudluğundan xəbərdar olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti