...

Azərbaycan XİN: Ramil Səfərov məsələsinə erməni təcavüzkarlığı kontekstində baxılmalıdır

Siyasət Materials 5 Sentyabr 2012 17:43 (UTC +04:00)
Tomas de Vaal regionda baş verən hadisələri yaxından tanıyan bir şəxsdir, Dağlıq Qarabağ münaqişəsi həqiqətləri barədə dünya ictimaiyyətini məlumatlandırıb.
Azərbaycan XİN: Ramil Səfərov məsələsinə erməni təcavüzkarlığı kontekstində baxılmalıdır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir M.Əliyev/

Tomas de Vaal regionda baş verən hadisələri yaxından tanıyan bir şəxsdir, Dağlıq Qarabağ münaqişəsi həqiqətləri barədə dünya ictimaiyyətini məlumatlandırıb. Məhz o, Ermənistan Prezidentindən müsahibə alaraq onun Xocalı soyqırımını törətdiyi üçün loğvalanmasını dünya ictimaiyyətinə çatdırıb. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev britaniyalı yazıçı və jurnalist Tomas de Vaalın Ramil Səfərovla bağlı yazdığı məqaləyə münasibətində bildirib.

"Tomas de Vaal Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq, o hadisələrə Ermənistan rəhbərliyinin birbaşa cəlb olunduğunu nümayiş etdirib", - Abdullayev deyib.

O qeyd edib ki, bu gün Ramil Səfərov da Dağlıq Qarabağdan qaçqın düşmüş, etnik təmizləməyə məruz qalmış şəxslərdən biridir. O, Ermənistan tərəfindən həyata keçirilmiş qəddarlıqların canlı şahididir. Obyektiv araşdırmaçı Ramil Səfərov məsələsinə yanaşmasında bu məqamı xüsusi nəzərə almalı və erməni təcavüzkarlığı kontekstindən kənarda görməməlidir.

"Tomas de Vaal regionu tanıyan bir insan kimi yaxşı bilməlidir ki, münaqişənin həlli üçün erməni işğalı aradan qaldırılmalı və Azərbaycan torpaqlarında olan Ermənistan qoşunları çıxarılmalıdır", - Abdullayev deyib.

Tomas de Vaal dünən xarici mətbuatda yayımlanan məqaləsində qeyd edib ki, Ramil Səfərovun Azərbaycana gətirilərək azad edilməsi, ona mənzil və yüksək rütbə verilməsi həm ABŞ-ın, həm də Rusiyanın Azərbaycana qarşı narazılığına səbəb olub. Bu isə Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda iştrak etməkdən imtina etməyə səbəb verir. Hətta bəzi ekstremistlər arasında qisas almaq barədə söhbətlər gedir. De Vaal hesab edir ki, bu işdə Azərbaycan səhvə yol verib.

Xəbər lenti

Xəbər lenti