...

Litva və Azərbaycan əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Siyasət Materials 6 Sentyabr 2012 14:09 (UTC +04:00)
Litva daxili işlər və fövqəladə hallar sahəsində Azərbaycanla əməkdaşlıq haqqında saziş imzalayacaq.
Litva və Azərbaycan əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 6 sentyabr/Trend, müxbir E. Mehdiyev/

Litva daxili işlər və fövqəladə hallar sahəsində Azərbaycanla əməkdaşlıq haqqında saziş imzalayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə Litvanın daxili işlər naziri Arturas Melianas bildirib.

Əməkdaşlıq tədris, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin və s.-in müxtəlif formalarını əhatə edəcək.

Bundan başqa, litvalı nazir Azərbaycan hökumətində bir sıra görüşlər keçirmək, siyasi və iqtisadi əməkdaşlığın müxtəlif məsələlərini müzakirə etmək niyyətindədir.

Melianasın sözlərinə görə, iki ölkə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.

Litvanın daxili işlər naziri MDB ölkələrinin DİN rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlib.

Bu gün o, Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti