...

Sergey Lebedev: MDB-də birgə fəaliyyətin dəqiq proqramı hazırlanıb

Siyasət Materials 7 Sentyabr 2012 11:30 (UTC +04:00)
Ötən 20 il ərzində MDB-nin milli, regional və beynəlxalq təhlükəsizliyin təminatına yönəldilmiş birgə fəaliyyətin dəqiq və tarazlaşdırılmış proqramı hazırlanıb.
Sergey Lebedev: MDB-də birgə fəaliyyətin dəqiq proqramı hazırlanıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

Ötən 20 il ərzində MDB-nin milli, regional və beynəlxalq təhlükəsizliyin təminatına yönəldilmiş birgə fəaliyyətin dəqiq və tarazlaşdırılmış proqramı hazırlanıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda öz işinə başlayan MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclasında MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

"Stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsi vəzifəsi Birlik ölkələrinin birləşmiş qarşılıqlı fəaliyyətində dəyişməz prioritetdir. Konkret ölkənin milli təhlükəsizliyinin təmin olunması MDB üzü olan bütün ölkələrin müdafiə səviyyəsindən birbaşa asılıdır. Ona görə də, Birlik ölkələrinin möhkəmləndirilmiş yanaşması və hüquq-mühafizə sahəsində əməkdaşlığının möhkəmləndirilməsi vacibdir", - Lebedev deyib.

O qeyd edib ki, MDB-də inteqrasiya proseslərinin formalaşdırılması və təkmilləşdirilməsi məsələləri daim dövlət başçılarının diqqət mərkəzindədir.

Hazırda sentyabrın 28-də Yaltada keçirilməsi planlaşdırılan MDB üzvü olan ölkələrin rəhbərləri Şurasının növbəti iclasına hazırlıq görülür. "Şurada 19, o cümlədən, təhlükəsizlik sahəsində məsələyə baxılması planlaşdırılır. Bundan başqa, 1-2 noyabr tarixlərində Aşqabadda MDB XİNŞ-nin və Birlik dövlətləri başçıları Şurasının iclasları keçiriləcək. Həmin iclaslarda təhlükəsizlik sahəsində bir sıra sənədlərin qəbul ediləcəyi ehtimal olunur", - Lebedev bildirib.

Xəbər lenti

Xəbər lenti