...

"Əl-Qaidə" liderlərindən biri öldürülüb

Siyasət Materials 11 Sentyabr 2012 16:15 (UTC +04:00)
İsraildə dərc olunan "Haaretz" qəzeti "əl-Qaidə"də ikinci şəxs olan Səid əl-Şihrinin Yəməndə öldürüldüyü barədə xəbər yayıb. Əgər xəbər təsdiqlənərsə, bu, "əl-Qaidə"yə böyük zərbə olacaq.
"Əl-Qaidə" liderlərindən biri öldürülüb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

İsraildə dərc olunan "Haaretz" qəzeti "əl-Qaidə"də ikinci şəxs olan Səid əl-Şihrinin Yəməndə öldürüldüyü barədə xəbər yayıb. Əgər xəbər təsdiqlənərsə, bu, "əl-Qaidə"yə böyük zərbə olacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Yəmən Müdafiə Nazirliyinin saytında iddia edilən xəbərə görə, Yəmənin hərbi qüvvələri tərəfindən "əl-Qaidə"nin ikinci şəxsi, səudiyyəli əl-Şihri beş yaraqlı ilə birlikdə bu gün qətlə yetirilib.

Qeyd edək ki, bir müddət əvvəl isə Yəmən hökuməti sağ olub-olmadığını yoxlamaq üçün əl-Şihrinin öldüyü barədə məlumat yaymışdı.

Bu arada ABŞ Yəməndə terror təşkilatı "əl-Qaidə"də ikinci şəxs olan Səid əl-Şihrinin öldürüldüyünü təsdiqləyib. "Associated Press" agentliyinə məlumat verən ABŞ rəsmiləri əl-Şihrinin öldürüldüyünü təsdiqləsələr də, terror təşkilatının digər 5 üzvünün məhv edilməsinin ABŞ hərbi qüvvələrinin hava hücumu ilə əlaqəli olub-olmadığını müəyyən edə bilməyiblər.

Xəbər lenti

Xəbər lenti