...

Zirə qəsəbəsində 120 nömrəli məktəb üçün beş korpusdan ibarət yeni bina tikilib (FOTO)

Siyasət Materials 14 Sentyabr 2012 21:53 (UTC +04:00)
Sentyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva Xəzər rayonu Zirə qəsəbəsində yeni inşa edilən 1404 şagird yerlik Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Zirə qəsəbəsində 120 nömrəli məktəb üçün beş korpusdan ibarət yeni bina tikilib (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sentyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva Xəzər rayonu Zirə qəsəbəsində yeni inşa edilən 1404 şagird yerlik Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Mehriban xanım Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu.

Məlumat verildi ki, məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb. 1960-cı ildə tikilən iki korpusdan ibarət məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən ilin avqustunda sökülərək yerində 5 korpuslu yeni təhsil ocağı inşa edilib. Hazırda məktəbdə 1404 şagirdin təhsil almaq imkanı var.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sinif otaqlarına və fənn kabinetlərinə baş çəkdi. Məktəbdə 54 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, elektron kitabxana, kompyuter və linqafon otaqları, akt və konfrans, şagirdlər üçün istirahət zalları, yeməkxana, bufet, müəllim otaqları yaradılıb. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilib.

Bütün bunlar göstərir ki, Heydər Əliyev Fondu ölkədə təhsil sektorunun inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə öz töhfələrini verməkdə davam edir. Məktəblərin əyani vəsaitlərlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunması diqqət mərkəzində saxlanılıb.

Diqqətə çatdırıldı ki, təhsil ocağının həyəti abadlaşdırılmış, bəzək kolları və dekorativ ağaclar əkilib. Burada şagirdlər üçün istirahət guşələri yaradılıb.

Azərbaycanın birinci xanımı yeni inşa edilən idman meydançası ilə də tanış oldu. 52 tamaşaçı yeri olan meydançaya süni ot örtüyü döşənib. Burada qaçış zolağı, basketbol, voleybol, tennis və mini futbol meydançaları da var. Meydançada, həmçinin hərbi hazırlıq təlimlərinin keçirilməsi də mümkündür.

Xəbər lenti

Xəbər lenti