...

Türkiyənin Azərbaycandakı yeni səfiri artıq Bakıdadır

Siyasət Materials 17 Sentyabr 2012 11:11 (UTC +04:00)
Türkiyənin Azərbaycana təyin edilmiş yeni səfiri İsmayıl Alper Çoşqun artıq Bakıdadır və yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.
Türkiyənin Azərbaycandakı yeni səfiri artıq Bakıdadır

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Azərbaycana təyin edilmiş yeni səfiri İsmayıl Alper Çoşqun artıq Bakıdadır və yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq. Bu barədə Trend-ə diplomatik mənbədən daxil olan məlumatda bildirilib.

Mənbənin bildirdiyinə görə, bugünlərdə səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edəcək.

Qeyd edək ki, fevralın 23-də Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub. Bundan öncə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində Hulusi Kılıç çalışırdı.

Xəbər lenti

Xəbər lenti