...

Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanmasının başa çatdırılacağı gözlənilir

Siyasət Materials 17 Sentyabr 2012 12:20 (UTC +04:00)
Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanmasının başa çatdırılacağı gözlənilir.
Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanmasının başa çatdırılacağı gözlənilir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu il Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanmasının başa çatdırılacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

O qeyd edib ki, bu məcəllə Azərbaycanın iqtisadi inkişafı üçün zəruridir və qəbul edildiyi təqdirdə rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq.

"Mən bu barədə müvafiq qurumlarla, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də danışmışam. Qərara almışıq ki, Milli Məclisin payız sessiyasında məcəllə üzərində müzakirələri gücləndirək və bu il məcəlləni hazırlayıb başa çatdıraq", - Səmədzadə deyib.

Məcəllə parlamentin payız sessiyasının gündəliyinə salınıb.

Xəbər lenti

Xəbər lenti