...

Bakıda diplomatik missiya rəhbərlərinin IV müşavirəsi keçiriləcək

Siyasət Materials 19 Sentyabr 2012 14:29 (UTC +04:00)
Sentyabrın 21-23-də Bakıda Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin IV iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev brifinqdə deyib
Bakıda diplomatik missiya rəhbərlərinin IV müşavirəsi keçiriləcək

Azərbaycan, Bakı, 19 sentyabr/Trend, müxbir S. Ağayeva/

Sentyabrın 21-23-də Bakıda Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin IV müşavirəsi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

"Bu tədbirin məqsədi diplomatik missiyaların yeni məqsədlərini müəyyənləşdirməkdir" , - Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, həmçinin tədbirdə ölkənin xarici siyasətinin perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Abdullayev qeyd edib ki, tədbirdə müxtəlif nazirlik və qurum rəhbərlərinin çıxışı planlaşdırılır.

"İclas çərçivəsində panel diskussiyaların keçirilməsi planlaşdırılır. Diskussiyalarda qabaqcıl analitiklər və politoloqlar iştirak edəcəklər" , - Abdullayev deyib.

Onun sözlərinə görə, iclas Azərbaycan Diplomatik Akademiyasının yeni kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti