...

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi öz işini davam etdirib

Siyasət Materials 22 Sentyabr 2012 15:49 (UTC +04:00)
Bu gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi öz işini davam etdirib.
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi öz işini davam etdirib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bu gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi öz işini davam etdirib.

XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, müşavirənin ikinci günü Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış ediblər.

Çıxışlarda Azərbaycanın xaricdəki diplomatik xidmət orqanlarının ölkəmizin ümumi siyasi kursunun həyata keçirilməsində və onun maraqlarının qorunmasında rolu vurğulanıb. Bununla yanaşı, Azərbaycan diplomatiyasının qarşısında duran əsas tapşırıq və çağırışlar ətrafında müzakirələr aparılıb.

Həmçinin, ölkəmizin enerji siyasəti və davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və qazanılmış nailiyyətlərdən bəhs olunub, durmadan genişlənən beynəlxalq əlaqələrin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti