...

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi öz işini davam etdirir

Siyasət Materials 23 Sentyabr 2012 13:48 (UTC +04:00)
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi öz işini davam etdirir
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi öz işini davam etdirir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bazar günü Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi öz işini davam etdirmişdir. Müşavirənin sonuncu, üçüncü günü Milli Məclisin spikeri Oqtay Əsədov, Təhsil naziri Misir Mərdanov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Diaspora Komitəsinin sədri Nazim İbrahimov diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış etmişlər. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Çıxışlarda parlamentlərarası təmasların artırılmasında, ölkəmizin təhsil, mədəniyyət, turizm və xaricdəki diaspora ilə əlaqədar siyasi kursunun həyata keçirilməsi ətrafında müzakirələr aparılmışdır. Bu istiqamətlərdə son illər əldə edilmiş nailiyyətlərə diqqət çəkilmiş və Azərbaycan mədəniyyəti və turizm imkanlarının xaricdə təbliği, təhsil əlaqələrinin dərinləşdirilməsi, eləcə də xarici ölkələrdə yaşayan həmvətənlərimizin ümummilli məqsədlər ətrafında birləşdirilməsində Azərbaycan diplomatiyasının xüsusi rolu vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti