...

Türkiyə PKK yaraqlılarına qarşı transsərhəd əməliyyatlar üzrə mandatı uzatmaq niyyətindədir

Siyasət Materials 25 Sentyabr 2012 10:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hökuməti Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlı dəstələrinə qarşı transsərhəd əməliyyatlar üzrə mandatı uzatmaq üçün parlamentə müraciət edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Bundan əvvəlki mandatın müddəti oktyabrın 17-də bitir. Yeni mandat çox güman ki, bir il müddətinə veriləcək. Transsərhəd əməliyyatlar üzrə mandat İraqın şimal ərazilərinə şamil edilir.
2011-2012-ci illərdə Türkiyə dəfələrlə İraqın sərhədləri yaxınlığında havada və quruda əməliyyatlar aparıb. İraqın şimalında hərbi kampaniyaya başlamaq haqqında Türkiyə hökumətinin qərarı PKK yaraqlılarının Türkiyə ərazisindəki güc strukturlarının əməkdaşlarına qarşı tez-tez baş verən hücumları ilə bağlıdır.

Türkiyə parlamenti ilk dəfə 2007-ci ildə orduya qonşu ölkədəki PKK yaraqlılarının bazalarına zərbə endirmək hüququ verib. Eyni zamanda Türkiyədə PKK yaraqlılarının tezləşən hücumları ilə bağlı gərginlik artıb.

Xəbər lenti

Xəbər lenti