...

Azərbaycanla Tuvalu arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 26 Sentyabr 2012 14:46 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sakit okeanda yerləşən Tuvalu ada dövlətinin xarici işlər, ətraf mühit, ticarət, əmək və turizm naziri Apisai Lelemia ilə görüş keçirib.
Azərbaycanla Tuvalu arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sakit okeanda yerləşən Tuvalu ada dövlətinin xarici işlər, ətraf mühit, ticarət, əmək və turizm naziri Apisai Lelemia ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaradılması imkanları müzakirə edilib. Tuvalulu nazir qeyd olunan sahələrə Azərbaycan tərəfindən investisiya yatırılması imkanlarının nəzərdən keçirilməsini xahiş edib.

Görüşdə nazir Məmmədyarov Tuvaludan olan tələbələrin, gənc diplomatların Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq imkanlarının mövcud olduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti