...

Oktyabrın ilk günü Azərbaycanda mülayim isti hava şəraiti hökm sürəcək

Siyasət Materials 30 Sentyabr 2012 15:02 (UTC +04:00)
Azərbaycanda oktyabrın ilk günü mülayim isti hava şəraiti üstünlük təşkil edəcək.
Oktyabrın ilk günü Azərbaycanda mülayim isti hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycanda oktyabrın ilk günü mülayim isti hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnozlara əsasən, oktyabrın 2-dək Abşeron yarımadasında davam edən nisbətən sabit və mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti