...

Bosniya və Herseqovina Prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Siyasət Materials 3 Oktyabr 2012 13:34 (UTC +04:00)
Bakıda Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərin perspektivləri müzakirə ediləcək.
Bosniya və Herseqovina Prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərin perspektivləri müzakirə ediləcək. Danışıqlar Bosniya və Herseqovinanın Prezidenti Bakir İzetbeqoviçin rəsmi səfəri çərçivəsindəbaş tutacaq.

"Səfər oktyabrın ikinci yarısına planlaşdırılıb. Bu, Bosniya və Herseqovina prezidentinin Azərbaycana ilk səfəridir", - bunu çərşənbə günü Trend-ə Azərbaycanın bu ölkədəki nümayəndəliyinin müşaviri Yusif Vəzirov deyib.

Diplomat bildirib ki, hazırda səfərə hazırlıq işləri aparılır, səfər zamanı imzalana biləcək sənədlər paketi hazırlanır.

Vəzirovun sözlərinə görə, hazırda iki ölkə münasibətləri yenicə qurulur, səfər çərçivəsində münasibətlərin inkişafına dair konkret təkliflər nəzərdən keçiriləcək.

"İqtisadi münasibətlər istənilən səviyyədə deyil, lakin ölkə Prezidentinin səfərindən sonra bir çox məsələlər daha da aydınlaşacaq", - o, əlavə edib.

Xüsusilə, planda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması var. Azərbaycan artıq belə təkliflə çıxış edib və bu, Bosniya və Herseqovina tərəfindən nəzərdən keçirilir.

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi 2011-ci il martın 1-dən fəaliyyətə başlayıb.

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Qasımov, həmçinin Bosniya və Herseqovinada akkreditə olunub.

Xəbər lenti

Xəbər lenti