...

Aydın Mirzəzadə: Hərbi qulluq üçün yaş həddi ilə bağlı mövcud variant özünü tamamilə doğruldur

Siyasət Materials 3 Oktyabr 2012 13:23 (UTC +04:00)
Hərbi qulluq üçün yaş həddi ilə bağlı mövcud variant özünü tamamilə doğruldur.
Aydın Mirzəzadə: Hərbi qulluq üçün yaş həddi ilə bağlı mövcud variant özünü tamamilə doğruldur

Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir M.Əliyev/

Hərbi qulluq üçün yaş həddi ilə bağlı mövcud variant özünü tamamilə doğruldur. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə hərbi qulluq üçün yaş həddinin 35-dən aşağı salınması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 35 yaş həddi variantı sağlamlığı imkan verən hər bir gəncin hərbi xidmət keçməsinə şərait yaradır.

"Yaş həddi 27 müəyyən olunan zaman bir qrup şəxs ali təhsili davam etdirərkən hərbi çağırışdan kənarda qalırdı. Bu da onlar üçün gələcəkdə müəyyən problemlər yaradırdı. Misal üçün, bir çox dövlət qurumlarında çalışmaq üçün hərbi biletin olması vacibdir", - millət vəkili deyib.

O, qeyd edib ki, maksimum çağırış yaşı 27-dən 35-ə qaldırıldıqdan sonra Azərbaycanda ordu sıralarından yayınma halları minimuma enib.

"Azərbaycan Ordusunun bugünkü qüdrətinin və günün tələblərinə cavab verməsinin əsas səbəblərindən biri də orduya yararlı olan bütün kontingentin hərbi xidmətə cəlb olunmasıdır", - Mirzəzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti