...

Nazir Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktorunu qəbul edib

Siyasət Materials 5 Oktyabr 2012 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək Əl-Dueyc Əl-İbrahim Əl-Sabahı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən iki ölkənin media qurumları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini qeyd edib.

Küveyt Xəbərlər Agentliynin baş direktoru Azərbaycana səfər etməyindən məmnun olduğunu və səfər çərçivəsində 2-ci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini bildirib. Forumun yüksək səviyyədə təşkil edildiyini və aktual humanitar məsələlərin müzakirəsi və dialoq mühitinin formalaşdırılması üçün müstəsna əhəmiyyətini vurğulayıb.

Görüş zamanı, həmçinin müasir dövrdə kütləvi informasiya vasitələrinin rolu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti