...

Arif Hacılı: Müsavat başqanlığına namizədliyim irəli sürülsə, etiraz etməyəcəyəm

Siyasət Materials 10 Oktyabr 2012 12:56 (UTC +04:00)
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bəyan edib ki, onun partiya başqanlığına namizədliyi irəli sürülərsə, etiraz etməyəcək
Arif Hacılı: Müsavat başqanlığına namizədliyim irəli sürülsə, etiraz etməyəcəyəm

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bəyan edib ki, onun partiya başqanlığına namizədliyi irəli sürülərsə, etiraz etməyəcək.

"Mənim üçün partiya başqanlığı bir məqsəd, hədəf deyil, lakin partiya üzvləri hesab etsələr ki, mənim başqan olmağım lazımdı, mən namizədliyimi irəli sürəcəyəm. Ona görə də bu məsələlər hamısı müzakirələrdən, məsləhətləşmələrdən sonra bəlli olacaq", bunu Hacılı çərşənbə günü Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər qurultayın vaxtı təyin olunacaqsa, bu barədə müvafiq qərarlar qəbul ediləcək.

Hacılı qeyd edib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi üçün yerin ayrılması ilə bağlı qeyri-müəyyənlik mövcuddur.

Hacılı vurğulayıb ki, partiyanın 600-dən çox qurultay nümayəndəsi var və təbii ki, bu nümayəndələr partiyanın taleyini müəyyənləşdirmək, partiyada rəhbər şəxsləri seçmək səlahiyyətinə malikdirlər. Nəticə etibarilə məhz qurultay nümayəndələrinin iradəsi partiyanın bundan sonrakı fəaliyyətinin necə olacağını müəyyənləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti