...

Ərdoğan: BMT daxili islahatlar aparmalıdır

Siyasət Materials 13 Oktyabr 2012 14:08 (UTC +04:00)
BMT daxili islahatlar aparmalıdır. Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul konfrasında çıxış edərkən deyib.
Ərdoğan: BMT daxili islahatlar aparmalıdır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

BMT daxili islahatlar aparmalıdır. Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul konfrasında çıxış edərkən deyib.

Ərdoğanın sözlərinə görə, digər ölkələrin taleyini BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olan 5 dövlətin həll etməsi ədalətsizlikdir.

O, həmçinin əlavə edib ki, TŞ Suriyada baş verən hadisələrə görə hələ də susur.

"BMT Suriyada baş verən hadisələrə goz yummaqla nüfuzunu itirir", - Ərdoğan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti