...

İsrail XİN: Tel-Əviv Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazırdır

Siyasət Materials 22 Oktyabr 2012 14:14 (UTC +04:00)
İsrail ilkin şərt olmadan münasibətlərin normallaşdırılması üçün Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazırdır.
İsrail XİN: Tel-Əviv Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazırdır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İsrail ilkin şərt olmadan münasibətlərin normallaşdırılması üçün Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazırdır. Trend-in bazar ertəsi "TRT Haber" telakanalına istinadən verdiyi məlumata görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd edək ki, bu yaxınlaradək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə və İsrail arasında münasibətlər 2011-ci ilin mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzzaya istiqamət almış humanitar yük daşıyan "Azadlıq flotiliyası"na hücumundan sonra qəflətən kəskinləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti