...

MDB Dövlət Başçıları Şurasının iclası təxirə salınıb

Siyasət Materials 26 Oktyabr 2012 14:27 (UTC +04:00)
MDB Dövlət Başçıları Şurasının iclası təxirə salınıb, yeni tarix razılaşdırılır. Trend-in RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü MDB-nin Minskdəki İcraiyyə Komitəsinin nümayəndəsi deyib.
MDB Dövlət Başçıları Şurasının iclası təxirə salınıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

MDB Dövlət Başçıları Şurasının iclası təxirə salınıb, yeni tarix razılaşdırılır. Trend-in RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü MDB-nin Minskdəki İcraiyyə Komitəsinin nümayəndəsi deyib.

Sammitin noyabrın əvvəlində Aşqabadda keçirilməsi planlaşdırılmışdı.

"Hazırda sammitin keçirilmə tarixi MDB ölkələri prezidentləri ilə dəqiqləşdirilir, razılaşdırılır", - agentliyin həmsöhbəti qeyd edib.

İcariyyə Komitəsi iclasın təxirə salınması səbəblərini açıqlamayıb.

MDB-nin Aşqabaddakı növbəti iclasında iqtisadi və humanitar sahələrdə və təhlükəsizliyin təmin edilməsində regional əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənmiş təqribən 20 layihənin nəzərdən keçirilməsi planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti