Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Ukraynada sabah keçiriləcək parlament seçkilərində azərbaycanlı namizədlərin reytinqi yüksək qiymətləndirilir.
Trend-in məlumatına görə, həmyerlimiz Rəna Nəzərova opponentləri arasında liderdir. Sosioloji sorğuların son nəticələrinə görə, Rəna Nəzərova əsas rəqibləri olan Region Ukrayna Partiyasının və "Yulya Timoşenko" blokunun namizədlərini 4-5 faiz səs çoxluğu ilə geridə qoyub.
Rəna Nəzərova Kiyev televiziya kanalının tanınmış siyasi şou proqramının aparıcısı və müəllifidir. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.
Digər azərbaycanlı namizəd isə Ukrayna Azərbaycanlılıları Konqresinin sədri Rövşən Tağıyevdir. Rövşən Tağıyev Ukraynanın Belotserkov şəhərindən majoritar sistemlə namizədliyini verib.