...

Ərdoğan: Türkiyə ilə münasibətlərinin normallaşması üçün İsrail üç şərti yerinə yetirməlidir

Siyasət Materials 2 Noyabr 2012 10:45 (UTC +04:00)
Türkiyə ilə münasibətlərinin normallaşması üçün İsrail Ankaranın üç şərtini yerinə yetirməlidir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan: Türkiyə ilə münasibətlərinin normallaşması üçün İsrail üç şərti yerinə yetirməlidir

Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyə ilə münasibətlərinin normallaşması üçün İsrail Ankaranın üç şərtini yerinə yetirməlidir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Zaman" qəzeti xəbər verib.

"Türkiyə bu şərtlərin heç birindən imtina etməyəcək. Türkiyənin şərtləri öldürülmüş doqquz türk vətəndaşının ailələrinə kompensasiyaların verilməsi, Türkiyədən üzr istənilməsi və Qəzza sektorunun mühasirədən azad edilməsindən ibarətdir", - Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, İsraillə Türkiyə arasında münasibətlərin normalaşdırılmasında vasitəçi kimi çıxış edən bəzi dövlətlərin liderləri iki - üzrxahlıq və kompensasiya şərti ilə razılaşmaq, Qəzza sektorunun mühasirəsinin aradan qaldırılmasını isə unutmaq üçün Ankaranı yola gətirməyə çalışırlar. Amma Ankara üç şərtin hamısının yerinə yetirilməsini tələb edir. Çünki Türkiyə İsrailin Fələstin sakinlərini necə mühasirədə saxlamasını sükutla müşahidə edə bilməz.

Bununla yanaşı, Ərdoğan qeyd edib ki, Qəzza sektorunun hakimiyyəti ilə danışıqlar aparmaq üçün ora səfər etmək fikrindədir.

Bir müddət əvvəl İsrail XİN bəyanat verərək İsrailin ilkin şərt olmadan münasibətlərin normallaşdırılması üçün Türkiyə ilə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirmişdi.

Hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu il mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzzaya gedən "Azadlıq donanması" dəniz humanitar karvanına hücum etməsindən sonra kəskin şəkildə pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti