...

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında Qəbələdə imzalanmış sənədləri təsdiq edib

Siyasət Materials 2 Noyabr 2012 18:29 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında Qəbələdə imzalanmış sənədləri təsdiq edib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsi haqqında Anlaşma Memorandumu;

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu;

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətini xəbərdar etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti