...

VII İnternet İdarəçilik Forumunun keçirilməsi mühüm illik hadisədir - Dövlət Departamentinin əlaqələndiricisi

Siyasət Materials 3 Noyabr 2012 14:04 (UTC +04:00)
Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumu çox mühüm illik hadisədir. ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer belə hesab edir.
VII İnternet İdarəçilik Forumunun keçirilməsi mühüm illik hadisədir - Dövlət Departamentinin əlaqələndiricisi

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumu çox mühüm illik hadisədir. ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer belə hesab edir.

"İnternetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə beynəlxalq forum çox mühüm illik hadisədir və bu, çox böyük uğurdur. Biz bu forumun uğurlu keçməsi üçün ev sahibliyi edən tərəfin nə qədər səy göstərməli olduğunu anlayırıq. Biz burada görüşmək imkanı yaratdığına görə Azərbaycana minnətdarlığımızı bildiririk", - Trend-in məlumatına görə, şənbə günü Verveyer Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, forumda dünyanın hər yerindən internetin idarə olunması məsələlərini müzakirə edəcək mindən artıq nümayəndə iştirak edəcək.

"Azərbaycan internet üçün vacib olan informasiya və kommunikasiya texnologiyaları və infrastrukturlar baxımından uğurla inkişaf edir", - Verveyer deyib.

Qeyd edək ki, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 6-9 noyabr tarixlərində Bakıda VII İnternet İdarəçilik Forumu (IGF-Internet Governance Forum) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti