...

Türkiyənin hakim partiyası prezident üsul-idarəsinə keçməyi təklif edir

Siyasət Materials 6 Noyabr 2012 17:32 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası parlament respublikasından prezident üsul-idarəsinə keçməklə bağlı təklifi Böyük Millət Məclisində müzakirəyə çıxarıb.
Türkiyənin hakim partiyası prezident üsul-idarəsinə keçməyi təklif edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası parlament respublikasından prezident üsul-idarəsinə keçməklə bağlı təklifi Böyük Millət Məclisində müzakirəyə çıxarıb. Bu barədə çərşənbə axşamı Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Təklif edilən qanun çərçivəsində prezidentin səlahiyyətlərinin artırılması planlaşdırılır. Burada məqsəd real hakimiyyətin baş nazirdən prezidentə təhvil verilməsidir.

Əvvəllər dövlət başçısının parlamentdə seçilməsindən fərqli olaraq, konstitusiyaya edilən düzəlişlərə əsasən, Türkiyənin yeni prezidenti 2014-cü ildə ilk dəfə olaraq birbaşa seçkilər vasitəsilə seçiləcək.

Sosial sorğuya əsasən, bu seçkilərdə ən çox Baş nazir Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti