...

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi münasibətləri müzakirə olunacaq

Siyasət Materials 7 Noyabr 2012 12:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşı Azad Qəribov noyabrın 7-15-də Tacikistan və Özbəkistanda səfərdə olacaq.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi münasibətləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşı Azad Qəribov noyabrın 7-15-də Tacikistan və Özbəkistanda səfərdə olacaq.

SAM-dan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində bu ölkələrin dövlət qurumlarında, "beyin mərkəzləri"ndə və tədqiqat institutlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərin məqsədi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi münasibətlərin müzakirə olunması, həmçinin region dövlətlərinin "beyin mərkəzləri" və ekspert cəmiyyətləri ilə əlaqələrin qurulmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti