...

Gürcüstan SQ-nin Birləşmiş Ştabının rəisinə qarşı rəsmi ittiham irəli sürülüb

Siyasət Materials 8 Noyabr 2012 17:44 (UTC +04:00)
Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Ştabının rəisi Georgi Kalandadzeyə qarşı rəsmi ittiham irəli sürülüb.
Gürcüstan SQ-nin Birləşmiş Ştabının rəisinə qarşı rəsmi ittiham irəli sürülüb

Gürcüstan, Tbilisi, 8 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Ştabının rəisi Georgi Kalandadzeyə qarşı rəsmi ittiham irəli sürülüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Tbilisi polisinin binası önündə toplaşan jurnalistlərə vəkil Qoqita Qabaidze deyib.

Onun sözlərinə görə, general Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi üzrə (vəzifə səlahiyyətlərini aşma) ittiham edilir.

Qabaidze bildirib ki, irəli sürülən ittihamlar üzrə hüquqlarını müdafiə etdiyi Kalandadzenin rəsmi mövqeyi 2-3 gündən sonra səsləndiriləcək. Bu, ittiham edən tərəfin sübutları ilə tanışlıqdan sonra olacaq.

Kalandadze sabiq müdafiə naziri Baço Axalaya və Müdafiə Nazirliyinin 4-cü briqada rəisi Zurab Şamatava ilə birlikdə 6 əsgərin döyülməsində ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti