...

Azərbaycanla Ukrayna arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 13 Noyabr 2012 13:24 (UTC +04:00)
Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Salamatin Dmitri Albertoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Ukrayna arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Noyabrın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Ukraynanın müdafiə naziri Salamatin Dmitri Albertoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Nümayəndə heyətinin başçısı səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Mişenko Aleksandr Pavloviç iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti