Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/
Bakıda noyabrın 27-28-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 40-cı iclasına bir sıra nüfuzlu şəxslər dəvət olunub.
Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, QDİƏT PA-nın iclasına Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və bir sıra şəxslər qatılacaq.
İclasda üzv ölkələr arasında parlament əməkdaşlığının inkişaf perspektivləri, iqtisadi və ekoloji problemlər, sosial və mədəni inkişaf məsələləri müzakirə olunacaq.
İclas çərçivəsində Azərbaycan QDİƏT PA-da sədrliyi Bolqarıstana ötürəcəkdir.
Qurumun baş katibi Viktor Svirkunun da iclasda iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.
İslas ərəfəsində noyabrın 26-da Bakıda QDİƏT PA-nın Bürosunun 47-ci görüşü və Daimi Komitənin 40-cı iclası keçiriləcək.